Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Azərbaycan tarixində Heydər Əliyev imzası” adlı tarix dərsi keçirilib

27.03.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan tarixində Heydər Əliyev imzası" adlı tarix dərsi keçirilib.

Adı qeyd olunan dərsdə Yardımlı rayon N.Ə.Əskərov adına Sırıq kənd orta məktəbinin şagirdləri iştirak edib.

Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə Azərbaycan tarixində əvəzsiz işlərə imza atan, Azərbaycan xalqının gələcəyini həyatı bahasına quran, yenilməz ordu, sağlam gənclik yetişdirilməsinə nail olan, sarsılmaz təməli olan iqtisadiyyat, yüksək mədəniyyətin bərpasına xidməti ilə seçilən, mənəvi, əxlaqi, tarixi dəyərlərin unudulmaması üçün dəyərli işləri ilə millətimizin yaddaşına əbədiyyən həkk olan Ulu Öndər Heydər Əliyevin irsi barədə geniş məlumat verib. Z.Məmişzadə həmçinin yürüdülən uğurlu siyasətin günümüzdə Respublikamızı çatdırdığı uğurlardan, qələbələrdən, ölkəmizi və bütün bölgələrimizi əhatə edən sürətlə gedən inkişaf yolundan bəhs edib.

Yekunda mövzu ilə bağlı gənclərin fikirləri dinlənilib.