Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası

15.03.2024

Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə muzeydə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Masallı rayon Əlil Sosial  Sahibkarlar İctimai Birliyinin təlimçi müəllimləri və üzvləri , mədəniyyət nümayəndələri  iştirak edib.

Əvvəlcə vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva və kitabxananın direktor əvəzi Zamin Məmmədova əlilliyin qüsur olmadığını, fiziki şəxslərin cəmiyyətə adaptasiya olması və yaşamaq həvəsli olmalarından ötrü hər bir insanın belə şəxslərə yardımçı olmasından söhbət açıblar. Natiqlər ümummilli lideri Heydər Əliyevin fiziki məhdudiyyətli insanların sosial müdafiəsi və reabilitasiyasına göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları da əhatə edən nəcib və xoşməramlı layihələrindən bəhs ediblər.

Sonra Əlil Sosial Sahibkarlar İctimai Birliyinin təlimçi müəllimləri Tünzalə Abuzərova, Günay Seyfullayeva fiziki məhdudiyyətli  şəxslərin qayğı və problemlərindən, onlara necə yardımçı olmağın yollarından , peşə təlimlərinin  onların həyatında hansı dəyişiklərə yol açdığından danışıblar.

Tədbirdə Mərkəzi Kitabxana tərəfindən Əlil Sosial Sahibkarlar Birliyi təşkilatına kitablar hədiyyə olunub. Daha sonra  tədbir iştirakçıları fiziki məhdudiyyətli  toxucu Məhərrəmova Səadət Qılman qızının  əl işlərindən ibarət sərgi ilə  tanış olublar.

 Yekunda tədbir iştirakçıları muzeyə ekskursiya ediblər.