Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muğamat var olan yerdə

15.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti, xanəndə Hacıbaba Hüseynovun anadan olmasının 105 illiyi ilə əlaqədar “Muğamat var olan yerdə” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, 1919-cu il martın 15-də Bakıda anadan olan Hacıbaba Hüseynov kiçik yaşlarından yaxşı səsə malik olub. O, heç vaxt musiqidən, muğamlardan, xalq mahnılarından uzaq yaşamayıb, müəllimsiz öyrəndiyi sənətə mükəmməl yiyələnib. 1963-cü ildən Asəf Zeynallı adına Musiqi Məktəbində müəllim işlədiyi  otuz il ərzində neçə-neçə xanəndə yetişdirib.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində unudulmaz sənətkarın  İfa etdiyi muğamların, xalq mahnılarının, xüsusən "Bərəyə bax, bərəyə”, "Qarpız kəsdim, yeyən yox” və bir çox təsnifatın onun ifasıyla məşhurlaşdığını diqqətə çatdırıb. O, musiqi sənətində göstərdiyi xidmətlərə görə 1989-cu ilin martında “Əməkdar artist”, 1990-cı ilin oktyabrında isə “Xalq artisti” fəxri adları ilə təltif olunub.1993-cü ilin 24 oktyabrında bu dünyayla vidalaşan xanəndə Fəxri xiyabanda torpağa tapşırılıb. 2019-cu ilin martında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd olunub.