Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran şəhər Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib

15.03.2024

Novruz bayramı milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Bu münasibətlə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi bayram tədbiri keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin rəisi Teymur Babazadə və mədəniyyət nümayəndələri iştirak edib. 

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra Başçısının müavini Ülviyyə Əliyeva mədəniyyət işçilərini salamlayaraq xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə onları təbrik etdib.

Tədbirdə çıxış edən Ləkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov bayram münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib, onlara gözəl bahar əhval-ruhiyyəsi arzulayıb. Natiq çıxışında vurğulayıb ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 illik Qarabağ həsrətinə son qoyaraq 44 gündə torpaqlarımızı düşmən tapdağından azad etdi və artıq 4 bahardır ki, bayram tonqalları Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlanır.

Sonra tədbir bədii hissə ilə davam edib. Zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri,  xüsusi zövqlə bəzədilmiş sərgilər  tədbiri daha da rəngarəng edib.Həmçinin Novruzun əsas atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə tədbir iştirakçılarında ruh yüksəkliyi yaradara, bayram tədbirinə xoş ab-hava bəxş ediblər.