Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Mədəniyyətimizin beşiyi-Şuşa”mövzusunda dəyirmi masa keçirilib

15.03.2024

Yardımlı rayon Mərkəzi Kitabxanasında oxucularla birlikdə “Mədəniyyətimizin beşiyi-Şuşa” mövzusunda dəyirmi masa keçirilib.

Kitabxananın direktor əvəzi Mehman Xanızadə çıxış edərək 2024- cü ildə Şuşanın“İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023- cü il tarixli Sərəncamı və görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Sonra kitabxananın şöbə müdiri Vasif Abdulov geniş məruzə edərək qeyd edib ki, Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub.Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün"İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub, islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır. 

 Yekunda kitabxananın əməkdaşları Gündüz Manafov, Həzrət Əsgərli mövzu bağlı öz fikirlərini bildiriblər.