Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

13.03.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin böyük biblioqrafı Kəmalə Məmmədova iştirakçılara Novruz bayramı haqqında geniş məlumat verib.

Sonra Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Bahar qızının ifası, kosa ilə keçəlin məzəli çıxışları, 17 saylı uşaq bağçasının körpə fidanlarının rəqsi, məktəblilərin şeir və bayatıları tədbirə daha da rəng qatıb.