Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəşəriyyətin ən böyük faciəsi-Narkomaniyaya yox deyək!

14.03.2024

Lənkəran şəhər Həzi Aslanov ev-muzeyinin təşkilatçılığı ilə muzeydə təcrübədə olan Lənkəran Dövlət Universiteti nəzdində Sosial-Aqrar Texnoloji Kollec tələbələrinin təşəbbüsü və Lənkəran şəhər Peşə liseyi şagirdlərinin iştirakı ilə "Bəşəriyyətin ən böyük faciəsi-Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib.

Azərbaycan Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və qəhrəman Həzi Aslanovun timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polkovnik-leytenantı İltifat Yusibov, polis mayoru Fazil Bağırov və polis baş leytenantı Tahir Gənciyev tərəfindən tələbə və şagirdlərə mövzu üzrə maraqlı məlumatlar veriblər.

Tədbidə mövzu ətrafında kollecin direktor müavini Ülviyyə Rzayeva, Tarix müəllimi Qətlə Şükürova, Lənkəran şəhər Peşə liseyinin hərbi müəllimi Elvar Xuduşovun çıxışları dinlənilib.

Daha sonra maarifləndirici videoçarx nümayiş olunub.

Yekunda tələbə və şagirdlərin sualları cavablandırılıb.