Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

YAP Lənkəran rayon təşkilatı üzrə hesabat seçki yığıncağı keçirilib

14.03.2024

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı üzrə Mədəniyyət ərazi partiya təşkilatının növbəti hesabat seçki yığıncağı keçirilib.

İclasda YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşkilatın əməkdaşları, Lənkəran - Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və YAP üzvləri iştirak ediblər.

Əvvəlcə Yeni Azərbaycan Partiaysının qurucusu, ümumilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamə və proqramın, eləcə də struktur dəyişikliklərinin partiyanın gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. İ.Əmənullayev qarşıda duran vəzifələr haqqında bəhs edərərk ərazi partiya təşkilatının sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün tövsiyyələrini verib.

İclasda çıxış edən idarə rəisi Bəxtiyar Qılıncov, ərazi partiya təşkilatinin üzvləri, Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığlncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Sonra təşkilati məsələlərə baxılıb, idarə rəisi Bəxtiyar Qılıncov təşkilatın sədri, Anar Salayev isə sədr müavini seçiliblər.

Mədəniyyət ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Lənkəran rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. 

Sonda, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev yeni seçilmiş sədr və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.