Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir

14.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında “İnsan hüquqlarnın təmin edilməsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib.Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Azərbaycan dövləti öz siyasi kursunda insan hüquqlarının qorunması, vətəndaş azadlıqlarının təmin ediməsi prinsiplərinə sadiqliyini nümayiş etdirib. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.

Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov Azərbaycanda insan hüquqları və azadlıqların təmin edilməsi sahəsində həyata keçirlən tədbirlər barədə məruzə edib.O,vurğulayıb ki, respublikamızın insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla beynəlxaq əməkdaşlıq edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin göstəricisidir. Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları strategiyasının məntiqi davamı və dövlətin siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının təmin olunmasına, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.