Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniya bəşəriyyətin faciəsidir

14.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova bildirib ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən çox ciddi amildir. Bu gün bəşəriyyət insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına səbəb olan bu fəlakətlə üz-üzədir. Qeyd olunub ki, gənclərin taleyinə böyük qayğı göstərən dövlətimiz bu ümumibəşəri xəstələyin caynağından gələcəyimizi xilas etmək üçün var qüvvəsi ilə çalışır. Bu mübarizə sistemli və təsirli yollarla dövlətin, ictimaiyyətin və fərdlərin gücünü birləşdirməklə həyata keçirilir.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzə edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən bu sahə üzrə bir sıra fərman və sərəncamlar imzalanmış, qanunlar qəbul edilmişdir. Vurğulanıb ki,narkomaniya ilə mübarizə üçün bir neçə Dövlət Proqramı qəbul edilmiş, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Dövlət Komissiyası var gücü ilə, xüsusilə radio-televiziyanın, ümumən müasir medianın imkanlarından istifadə etməklə gündən-günə mübarizə üsullarını təkmilləşdirir, effektiv nəticələr əldə edilir. Bu sahədə dövlət orqanları, xüsusilə Daxili İşlər Nazirliyimiz barışmaz və yorulmaz mübarizə aparır.