Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycançılıq məfkurəsi və dövlətçiliyin qurulmasında Ulu Öndər Heydər Əliyev fenomeni

14.03.2024

Astara rayon Heydər Əliyev Mərkəzində Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Azərbaycançılıq məfkurəsi və dövlətçiliyin qurulmasında Ulu Öndər Heydər Əliyev fenomeni” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan” haqqında film nümayiş edilib.

Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki,  ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı. Biz bundan sonra da azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.

Tədbirdə mövzu ilə bağlı Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin müəllimi Mətanət İsgəndərova da çıxış edib.

Çıxışlardan sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxmış keçiriblər.