Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə Masallı rayonunda tədbir təşkil olunub

14.03.2024

Ərkivan qəsəbə sənətkarlıq evinin və Ə.Bağırov adına 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbdə Novruz bayramı münasinətilə tədbir keçirilib.

Çıxışlarda qeyd olunub ki, müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər tariximizə qızıl hərflərlə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

Sonra tədbir iştirakçıları rəqs və idman səhnələrinə, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər.