Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “Cəfər Cabbarlı və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir keçirilib

13.03.2024

Lerik rayon Mərkəzi Kitabxanasında görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyinə həsr edilmiş “Cəfər Cabbarlı və Azərbaycan Ədəbiyyatı” mövzuzunda tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları və oxucular iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın direktor əvəzi Şəlalə Ağayeva ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmasını, qadın azadlığı mövzusuna daim həssas münasibət bəslədiyini, çoxşaxəli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın maariflənməsi, onu cəhalətə, ətalətə sürükləyən məhdudiyyətlərdən azad olması, dünya mədəniyyəti və ədəbiyyatında layiqli mövqe qazanmasına əzmkarlıqla səy göstərdiyini bildirib. 

Çıxışlarda Cəfər Cabbarlının bədii irsinin milli dəyərlər xəzinəsi olduğundan bəhs edilib və yaradıcılığının ilk dövründə mühüm yer tutan satiranın ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynadığı vurğulanıb.  

Yekunda gösrkəmli dramaturqun əsərlərinən ibarət kitab sərgisinə baxış keçirilib