Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

12.03.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbində "Nağıl saatı" keçirilib.

Nağıl saatında məktəbin müəllimi Sevda Abdullayeva və III sinif şagirdləri iştirak edibləır.

Kitabxananın əməkdaşı Aysel Əhmədova şagirdlərə "Şah və xidmətçi","Əlcək" ,"Quzu" nağıllarını oxuyub.

Yekunda Nağıl saatında fəal iştirak edən şagirdə jurnal hədiyyə edilib.