Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Ağ ölüm əsrin bəlasıdır” adlı rəsm sərgisi təşkil olunub

13.03.2024

Martın 13-də Cəlilabad şəhər 8 saylı tam orta məktəbində “Ağ ölüm əsrin bəlasıdır” adlı rəsm sərgisi təşkil olunub.

Cəlilabad Dövlət Rəsm Qalereyası və 4 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn rəsm sərgisində həvəskar gənc rəssamların mövzu ilə bağlı çəkdiyi rəsmlər nümayiş edilib.

Çıxışlarda narkomaniyanın bəşəriyyət üçün böyük bəla olduğu vurğulanıb.Ölkəmizdə narkomaniyaya qarşı sistemli mübarizə aparıldığını deyən natiqlər qeyd ediblər ki,bütövlükdə cəmiyyətimiz bu mübarizədə fəal iştirak etməlidir.