Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Sağlam və sakit həyat naminə“ mövzusunda maarifləndirici tədbir keçirilib

13.03.2024

Martın 13 -də Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran – Astara Regional nümayəndəliyinin Masallı bölməsinin təşkilatçılığı və Masallı Təhsil sektoru,  Ombudsman Cənub Regional Mərkəzinnin dəstəyi ilə Ərkivan 2 saylı tam orta məktəbində  insan hüquqlarının qorunması , ailə məişət zorakılığına qarşı mübarizəyə dair maarifləndiriçi  tədbir keçirilib.

Əvvəlcə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Muzeyin direktoru Əntiqə Tağıyeva, Gənclərin İnkişaf  və Karyera Mərkəzinin Lənkəran – Astara Regional nümayəndəliyinin Masallı bölməsinin nümayəndəsi Orxan Əliyev, Masallı Təhsil Sektorunun nümayəndəsi Samit İsmayılov, Ombudsman  Cənub Regional Mərkəzin direktoru Ziya İsmayılov və məktəbin direktoru Həmid Mənsimov bu gün  ölkəmizdə  insan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə çevrilməklə, vətəndaş cəmiyyətinin başlıca meyarlarından biri sayılmasından söhbət açıblar. Ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanan insan hüquqlarının ölkəmizdə də qanunla müəyyən edildiyi və qorunduğu vurğulanıb.  

Sonra şağirdlərə İnsan hüquqlarının qorunması, ailə, məişət zorakılıqları, erkən nigah , zərərli vərdişlər  kimi cəmiyyətimizin inkişafına mane ola bilən problemlərin həlli üçün düzgün mövqe  seçməyin və bu kimi bəlalardan uzaq durmağın yollarına dair tövsiyə və məsləhətlər verilib.

Yekunda şagirdlərin sualları cavablandırılıb.