Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Qəhrəmanlıq dastanı yazan ordu” adlı tədbir keçirilib

13.03.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətənpərvərliyin təbliği məqsədilə "Qəhrəmanlıq dastanı yazan ordu" adlı tədbir keçirilib

Tədbirdə M.F.Axundov adına şəhər 1 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin əməkdaşı Zeynəb Məmişzadə xalqımızın əsrlər boyu müxtəlif təhlükələrlə üz-üzə dayandığınıdan, çox çətin sınaqlarla qarşılaşdığından, 90-cı illərin əvvəllərində iyirmi faiz torpağımızın işğal olunmasından söz açıb. Z.Məmişzadə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan ordusunun gücünün, maddi-texniki bazasının gücləndirilməsindən, hərbi qulluqçularımızda ruh yüksəkliyinin artırılmasından, hərbi məktəblərin yaradılmasından və var olanların şəraitinin yaxşılaşdırılmasından, o cümlədən Vətən müharibəsində əldə olunan misilsiz qələbədən, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində bölgəmizdən separatçı qüvvələrin təmizlənməsindən, Azərbaycanın təkcə ön xəttdə deyil informasiya müharibəsində də zəfər qazandığından bəhs edib.

Yekunda "Görünməyən qəhrəmanlar" adlı filmə baxış keçirilib.