Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Molla Vəli Vidadi-315

12.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin anadan olmasının 315 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, Molla Vəli Vidadi XVlll əsr Azərbaycan ədəbiyyatı tarixində məhəbbət və insanpərvərlik lirikası, tarixi mövzuda yazdığı “Müsibətnamə” əsəri bədii məzmunu və ideya gözəlliklərinə görə fərqlənir.

Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki, feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümüdsizlik, mənəvi tənhalıqdan şikayət M.V. Vidadinin yaradıcılığının əsas motivləridir. Humanist sənətkar olan Vidadinin yaradıcılığında Vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür. Şairin “Dəli könül, gəl əylənmə qürbətdə”, “Ey həmdəmim, səni qanə qərq eylər”, “Xəstə düşdüm,gələn yoxdur üstümə” kimi şeirlərində Vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir. Qeyd olunub ki, Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur.