Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Vətən qəhrəmanları fəxrimizdir” adlı tədbir keçirilib

12.03.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətənpərvərliyin təbliği məqsədilə Hamarkənd və Ostair kənd orta məktəblərinin müəllim və şagird kollektivinin iştirakı ilə "Vətən qəhrəmanları fəxrimizdir" adlı tədbir keçirilib

Mərkəzin əməkdaşı Zeynəb Məmişzadə zamanın müxtəlif vaxtlarında xalqımızın igid oğullarının, mərd qızlarının heç vaxt Vətənimizi darda qoymadığını, onların düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucaldıqlarını qeyd edib.Z.Məmişzadə ən yaxın tarixi keçmişimizdə olan iki Qarabağ savaşı, Aprel döyüşləri, İyul döyüşləri haqqında ətraflı məlumat verib, bu savaşlarda xalqımızın, ordumuzun, dövlətimizin yüksək ruh yüksəkliyindən, birlik nəticəsində torpaqlarımızın bu gün azadlıqda olmasından, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə xüsusilə ordumuza göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonra "Görünməyən qəhrəmanlar" filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları mərkəzdə mövcud olan eksponatlar və sərgilərlə tanış olublar.