Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Unudulmayan dahi” adlı tədbir keçirilib

11.03.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyev irsinin təbliği məqsədilə "Unudulmayan dahi" adlı tədbir keçirilib

Tədbirdə Çayüzü kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin əməkdaşı Zeynəb Məmişzadə bütünlüklə dünyanı heyran qoyan, Azərbaycan xalqı üçün ömrünü fəda edən, əvəzsiz xidmətləri ilə daima xalqımızın qəlbində yaşayan Ulu Öndərin tarixin çətin sınaqlarına baxmayaraq ölkəmiz üçün hansı fədakarlıqlar etdiyi barədə geniş məlumat verib. 

Yekunda "Dahi şəxsiyyət" sənədli filmi nümayiş olunub.