Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azadlığı və azad sözü sevən Mehdi Hüseyn 

11.03.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Xalq yazıçısı, SSRİ Dövlət mükafatı laureatı, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Hüseynin anadan olmasının 115 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Aidə Quliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında, ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth etməsində Mehdi Hüseynin böyük rolu olmuşdur. Sonsuz ədəbi təxəyyül və yaradıcı zəkaya malik olan yazıçımız sanballı əsərlər meydana gətirmiş, yeni mövzularla milli ədəbiyyatımıza zənginlik qatmışdır.

Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzəsində vurğulayıb ki, Mehdi Hüseyn qısa sürən ömrünün 40 ilini ədəbiyyata həsr etmiş, istedadlı yazıçı, dramaturq, prinsipial ədəbi tənqidçi kimi özündən sonra gələn ədəbi nəsilə zəngin irs qoyub getmişdir. Müxtəlif janrlarda əsərlər qələmə almış sənətkar nəsr və dram əsərlərində yaşadığı dövrün gerçəklərinə işıq tutmağa çalışmış, ədəbi-tənqdi məqalələrində isə ədəbiyyatın mühüm problemləri öz əksini tapmışdır.

Qeyd olunub ki, Mehdi Hüseyn Sovet dövlətinin yaradıcı şəxslər qarşısında qoyduğu ideoloji tələbləri nəzərə alsa da, mümkün olduğu qədər xalqımızın eşitmək istədiyi həqiqətləri söyləmək üçün tarixi mövzulara müraciət edərək ürəyindən keçənləri bu yolla oxuculara çatdırmağa nail olmuşdur.