Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəfər Cabbarlı-mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biri idi

11.03.2024

Martın 11-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan dramaturgiyasının banisi Cəfər Cabbarlının anadan olmasının 125 illik  yubileyinə həsr olunmuş  ”Cəfər Cabbarlı -  mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biri idi “mövzusunda tədbir keçirilib

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun əməkdaşları,  C.Cabbarlı adına Kakalos kənd 1 saylı orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin  və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki,  Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, kinossenarist, tərcüməçi, publisist, teatrşünas və ictimai xadimdir. O, milli dramaturgiyamızın yeni mərhələsinin yeni tarixi şəraitdə yaradıcısıdır. Görkəmli sənətkar milli azadlıq ideyaları və istiqlal idealının iştirakçısı və tərənnümçüsüdür. Ümummilli Lider Heydər Əliyev Cəfər Cabbarlı irsini həmişə yüksək qiymətləndirmiş, Azərbaycan mədəniyyəti və teatrından söhbət gedəndə bu milli ruhlu yazıçının adını çəkmiş, ona hörmətini ifadə etmişdir. Bu hörmət əməli təzahürünü görkəmli sənətkarın ev-muzeyi və abidəsinin açılışında da göstərmişdir.

Daha sonra mövzu ətrafında Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun baş məsləhətçisi Bəhlul Rufullayev cıxış edib.

Yekunda şagirdlərin sualları cavablandırılıb.