Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

07.03.2024

C. Cabbarlı adına Lənkəran şəhər 1 saylı Uşaq Musiqi Məktəbində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Polis şöbəsinin mayoru Fazil Bağırov və nümayəndələri iştirak ediblər.

Tədbirdə gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edilib.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Qeyd edək ki, narkomaniyaya qarşı mübarizə mövzusunda təşkil edilmiş tədbir Prezident İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təsdiq olunmuş 2019–2024-cü illər üçün “Dövlət Proqramı”na uyğun olaraq keçirilib.