Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Tirmə şallı, al yanaqlı gözəllər” adlı tədbir keçirilib

07.03.2024

Martın 7-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “Tirmə şallı, al yanaqlı gözəllər” adlı tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və aparatı, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmilər, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, ictimaiyyət , mədəniyyət nümayəndələri iştirak edib.

Əvvəlcə iştirakçılar xatirə parkında təşkil olunmuş yeniyetmə və gənclərin mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını, həmçinin yaradıcı gənc xanımların əl işlərini əks etdirən sərgilərlə tanış olublar.

Tədbir incəsənət ustalarının musiqi və rəqs nömrələri ilə davam edib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdırmaq, mədəni irsin qorunması, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsi, o cümlədən yaradıcı gənc xanımların sərgilərini nümayiş etdirməkdir.