Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nigaha son deyək!

07.03.2024

Astara rayon Heydər Əliyev Mərkəzində Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə  “Erkən nigaha son deyək! mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin  və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açaraq mövzu ilə bağlı məlumat verib.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, erkən nigah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nigahdır.

Azərbaycanın gələcəyi olan gənclərimizin sağlam ruhda böyüməsi üçün onlar birinci növbədə zərərli vərdişlərdən, dünyanın, bəşəriyyətin bəlasına çevrilən narkomaniyadan, erkən  nigahdan uzaq olmalıdırlar.

Daha sonra mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova, Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbinin müəllimi Gülnarə Əliyeva cıxış edib.

Tədbir şagirdlərin suallarının cavablandırılması ilə davam edib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxmış keçirib.