29.02.2024
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının yeni nəsillərə tanıdılması məqsədilə “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Masallı Təhsil Sektorunun dəstəyi ilə şəhid Fayəddin Xancanov adına Musaküçə kənd tam orta məktəbində keçirilən tədbirdə müharibə iştirakçıları ,müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ilk çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva layihənin məqsədi haqqında məlumat verərək 1990-cı ildən bu günə qədər Qarabağ ərazisində baş verən müharibənin ağır və tarixi məqamlarından söhbət açıb.
Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçısı Bəhruz İlham oğlu Mehbaliyev , Əli Namiq oğlu Qarayev, Orxan Şahin oğlu Teymurov, Elşən Teyub oğlu Habullayev və Talib Cəmil oğlu Qəzənfərli çıxışlarında tədbir iştirakçılarına keçdikləri döyüş yolundan və qazandıqları qələbənin sevincindən danışıblar.
Spnra qəhrəmanlar şagirdlərin suallarını cavablandırıblar.
Yekunda çıxış edən məktəbin direktoru Aytən Əliyeva və müəllim, şəhid qardaşı Rizvan Rzayev yeniyetmələrin maarifləndirilməsi məqsədilə keçirilən bu səpkili tədbirlərin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.