Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “İnsan hüquqları və azadlığı “ mövzusunda  tədbir keçirilib

27.02.2024

Fevralın 27-də Astara Tarix–Diyarşünaşlıq muzeyində “İnsan hüquqları və azadlığı “ mövzusunda  tədbir keçirilib.

Tədbirdə Astara rayon Azad İbrahimov adına Şüvi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri  giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq bildirib ki,  ölkəmiz  dövlət  müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu  və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik,  hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları  olan azadlığı, insan hüquqlarını, ədaləti , sülhü özünün inkişaf yolunu seçmişdir.

Sonra mövzu ilə bağlı muzeyin əməkdaşı Vüsalə Xocaxanova məruzə edib.

Məruzə ətrafında 44 günlük Vətən müharibəsinin qazisi, tarix müəllimi Heydər Əkbərov və məktəbin şagirdləri  çıxışlar  ediblər.