Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə narkomaniya və erkən nikahlarla bağlı tədbir keçirilib

26.02.2024

Lerik rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Mədəniyyət Mərkəzi və Təhsil Sektorunun birgə təşkilatrçılığı ilə Lerik şəhəri A.Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyində narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Lerik Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev, Lənkəran-astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Lerik rayonu üzrə nümayəndə Müqəddəs Dənziyev, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Lerik Rayonu üzrə Təhsil sektorunun müdiri Zöhrab Salayev, Lerik şəhəri A.Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyinin sinif şagirdləri, pedaqoji heyəti və valideynlər iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mövzu ilə bağlı film nümayiş olunub.

Daha sonra mövzu haqqında çıxışlar edilərək, narkomaniya və erkən nikahın fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Çıxışlarda bildirilib ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə görülməsidir.