Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Xocalı naləsi” adlı tamaşa nümayiş olunub

23.02.2024

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Xocalı Soyqırımına həsr olunan "Xocalı naləsi" adlı tamaşa nümayiş olunub.

Tamaşanı Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, YAP Masallı rayon təşkilatının Sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, Masallı Dövlət Regional Kollecinin kollektivi izləyib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova çıxış edərək Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Xocalıda dinc əhalinin qətlə yetirilməsinin Ermənistanın irqi və dini dözümsüzlüyə əsaslanan genişmiqyaslı zorakılıq və ilhaq siyasətinin bir hissəsi olduğu vurğulanıb.

Daha sonra tamaşa nümayiş olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Camaləddin Əliyevdir. Səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.