Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlil Məmmədquluzadə-155

22.02.2024

Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi ilə əlaqədar “Cəlil Məmmədquluzadə - 155” adlı tədbir keçirilib. 

Tədbir başlamazdan öncə torpaqlarımızın azad olunması uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova görkəmli Azərbaycan yazıçısının həyat və yaradıcılığı haqqında danışıb. O, bildirib ki, Cəlil Məmmədquluzadə ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə Naxçıvan şəhər məktəbində almışdır. Qeyd olunub ki, 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirən yazıçı bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir. O, ilk bədii əsərləri olan “Çay dəstgahı” alleqorik pyesini və “Danabaş kəndinin əhvalatları” povestini bu dövrdə qələmə almışdır.  

Sonra kitabxananın digər əməkdaşı Gülər Piriyeva məruzə ilə çıxış edib. O, məruzəsində 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxdığını və müəyyən fasilələrlə Tiflisdə,Təbrizdə və Bakıda çap olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hüriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur.