Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran şəhər Mərkəzi Kitabxanasında oxucularla görüş keçirilib

14.02.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasında 14 Fevral-Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə oxucularla görüş keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan kitabxananın Xidmət Şöbəsinin müdiri Xədicə Məmmədova oxuculara mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edib və onlara kitabxanaya yeni daxil  olmuş kitablar haqqında məlumat verib.

Sonra kitabxananın əməkdaşı Afaq Mirzəyeva 14-Fevral Beynəlxalq Kitab Bağışlama Günü haqqında məlumat verib. 

Daha Sonra  Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin psixoloqu Zülfiyyə Əliyeva çıxış edərək “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə oxucuları təbrik edib, bu günün keçirilməsində əsas məqsədin gənc nəslə mədəni xidmət göstərmək olduğunu vurğulayıb.

Yekunda oxuculara kitablar hədiyyə olunub və xatirə şəkli çəkdirilib.