Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nikaha yox deyək!

16.02.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasında “Erkən nikaha yox deyək!”  mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə kitabxana əməkdaşları, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecin müəllim və tələbələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə aşan kitabxananın direktor vəzifəsini icra edən Arzu Rufullayeva dövrümüzün aktual problemlərindən biri olan erkən nikahın səbəblərindən, qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, təhsildən yayınma hallarından danışıb və valideynləri məlumatlı olmağa bu istiqamətdə maariflənməyə çağırıb. 

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.