Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Biz sağlam həyatı seçirik” başlığı altında tədbir keçirilib

15.02.2024

 Fevralın 15-də Qəriblər kənd tam orta məktəbində Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayonu üzrə təhsil sektoru, Masallı Rayon Polis Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə  “Biz sağlam həyatı seçirik” başlığı altında “Narkomaniya və insan alverinin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  tədbirin məqsədi haqqında şagirdlərə geniş məlumatlar verib. Ə. Tağıyeva qeyd edib ki, narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır.  Bəşəriyyət üçün bəla olan yaşından asılı olmayaraq bütün insanları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. İstər narkomaniya istərsə də, ən az onun qədər təhlükəli olan insan alveri bu gün bütün dünyanı düşündürür və onunla mübarizə aparılır. Siz gənclərdə təhsilinizə, şəxsi inkişafınıza daha çox önəm verərək bu bəlalardan uzaq dura bilərsiniz.

Daha sonra Masallı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru Samid Əliyev, Masallı rayon təhsil sektorunun nümayəndəsi Azər Eyvazov, GİKM-in Masallı bölməsinin əməkdaşı Orxan Əliyev şagirdlərə zərərli informasiyalar, insan alveri, məcburi əmək, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsi və bu kimi pis vərdişlərin cəmiyyətimizdə yaratdığı mənfi təsirlərdən geniş danışıblar. Çıxış edənlər  sonu faciə ilə nəticələnən bəlalardan yeniyetmə və gənclərimizi yayındırmaq, qorumaq məqsədilə  pis vərdişlərə qarşı cəmiyyətdə ictimai dözümlülük mühütünün yaradılması vacibliyini xüsusi qeyd ediblər. Onlar gənclərə nəyi necə etməyin ,hər bir gəncin həyatı və sağlamlığı  dövlətimiz, cəmiyyətimiz üçün “sağlam gənclik ,sağlam gələcək” demək olduğunu söyləyiblər.

Tədbir şagirdlərin suallarının cavablandırılması ilə davam edib. 

Yekunda məktəbin direktoru  Şərafət Əliyev  yeniyetmələr üçün bu  şəkildə maarifləndirici tədbirlərin keçirilməsinin üstünlüklərindən danışaraq təşkilatçılara məktəbin kollektivi və müəllimlər adından təşəkkürünü ifadə edib.