15.02.2024
Lerik rayon Heydər Əliyev Mərkəzində "Təhsildə Gender Bərabərliyi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik səhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, Soru kənd tam orta məktəbinin müəllimi Nigar Dövlətova, mərkəzin kiçik elmi işçisi Bahar Mürsəliyeva, təlimçi Ayfər Şakirli, rayon məktəbliləri və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Nigar Dövlətova mövzu haqqında qonaqlara və iştirakçılara ətraflı məlumat verərək, iştirakçılara göstərdikləri aktivliyə görə təşəkkür edib.
Lerik Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva və Ayfər Şakirli iştirakçılara gender bərabərliyi sahəsində xüsusi işlər görmüş şəxsiyyətlərdən bəhs edən qısa hekayələr toplusu - "Qəhrəmanlar onların gözü ilə" kitabçası haqqında məlumat veriblər.
Yekunda qonaqlar tədbir haqqında təəsüratlarını bölüşüb və iştirakçılarla əldə etdikləri bilik və bacarığa dair müzakirə aparıblar. Məktəblilər diplom və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, layihənin məqsədi Lerikdə təhsil alan gəncləri gender bərabərliyi sahəsi üzrə maarifləndirmək, mütəxəssislərlə birlikdə məktəbli qız və oğlanların cəmiyyətə inteqrasiyasını və təhsil sistemində iştirakçılığını təmin etmək və ayrı-seçkilik hallarının qarşısını almaqdır.