Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Unudulmaz dahi insan” adlı tədbir keçirilib

14.02.2024

Fevralın 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı bölməsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev irsinin təbliği məqsədilə "Unudulmaz dahi insan" adlı tədbir keçirilib

Tədbirdə adı çəkilən qurumların əməkdaşları və V.H.Məmmədov adına şəhər 2 saylı orta məktəbin şagirdləri iştirak edib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz naminə həyata keçirdiyi misilsiz işlərdən, həyatı boyu vətəni, xalqı üçün çalışmasından geniş şəkildə danışıb.

Sonra "Dahi Şəxsiyyət" sənədli filmi nümayiş olunub.

Yekun da şagirdlərə mərkəzdə mövcud olan eksponatlar və tərtib edilən sərgilər haqqında ətraflı məlumat təqdim olunub.