Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda korrupsiya risklərinə qarşı maarifləndirici tədbir keçirilib 

14.02.2024

Fevralın 14-də Cəlialabad rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, Dövlət Rəsm Qalereyasının, Tarix-Diyarşünaslıq Muzeyinin və 3 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə korrupsiya risklərinə qarşı maarifləndirici tədbir keçirilib. 

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Cəlilabad rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Çıxışlarda bildirilib ki, dövlətimizin başçısının 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.

Qeyd edilib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.

Sonda müəssisələrin rəhbər və əməkdaşlarına bu istiqamətdə işlərində diqqətli olmaları və şəffaf fəaliyyətə üstünlük vermələri tapşırılıb.