Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Qanlı tariximizi unutmadıq” adlı tədbir keçirilib

13.02.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı bölməsinin birgə təşkilatçılığı ilə Xocalı Soyqrımının 32-ci il dönümü ilə əlaqədar mərkəzdə "Qanlı tariximizi unutmadıq" adlı tədbir keçirilib.

Tədbirdə adı çəkilən qurumların əməkdaşları və Qabaqdibi kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə Soyqrım qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə xalqımızın başına gətirilən ən dəhşətli hadisə olan, insanlığın, humanizmin unudulduğu, əsrin faciəsinə çevrilən Xocalı soyqrımı barədə ətraflı məlumat verib. Z.Məmmədzadə həmçinin 44 günlük Vətən müharibəsi, 2023-cü ildə keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq torpaqlarımızın azadlığa qovuşmasından, müqəddəs, üçrəngli bayrağımızın Xocalıda, Xankəndində, Əsgəranda dalğalanması ilə bütün şəhidlərimizin və faciə qurbanlarımızın qisasının alındığından, o cümlədən xalqımızın tarixini əks etdirən faktların dünya ictimaiyyətinə çatdırlmasında gənclərin rolundan, önəmindən bəhs edib

Daha sonra adı qeyd olunan orta məktəbin müəllimi Adişov Nəriman və GİKM-in Yardımlı bölməsinin nümayəndəsi Səfail İbişli tarixi keçmişimizin qanlı səhifəsi haqqında geniş məlumat veriblər və gənclərimizə tariximizi unutmamağın və təbliğ etməyin vacibliyindən danışıblar.

Soyqrımdan bəhs edən "Bir millətin kədəri" adlı film nümayiş olunduqdan və "Kədərli yurdum azadlıqda" adlı sərgiyə baxış keçirildikdən sonra tədbirə yekun vurulub.