Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri

14.02.2024

Masallı rayon Heydər Əliyev Mərkəzində mərkəzin təşkilatçılığı,Masallı rayonu üzrə Təhsil sektorunun və “Uğur psixoloji və nitq inkişaf mərkəzi”nin psixoloqu Süsən Axundovanın dəstəyi ilə rayon ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri üçün “Uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri” adlı təlim keçirilib.

Psixoloq-təlimçi Süsən Axundovanın təqdimatında keçirilən təlim zamanı uşaqların ədəbi,psixoloji inkişafı üzrə vətənpərvərlik mövzusu, Nağıl terapiyası, "Qorxular" haqqında uşaq filmi, “Gələcəyə məktub” metodu və özgüvən üzrə çalışmalar işlənilib,mövzu ətrafında maraqlı diskussiya aparılıb.

Qeyd edək ki, təlim “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədi ilə təşkil olunub.