Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əbədiləşən ömürlər

14.02.2024

Masallı Tarix Diyarşünaslıq Muzeyində ” Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində ”Əbədiləşən ömürlər” adlı tədbir keçirilib.

Vətən müharibəsi şəhidlərinin tanıdılması məqsədilə keçirilən maarifləndirici  tədbirdə  şəhid  İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə olunan uğurları Prezident-Xalq-Ordu birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda iştirak edən əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu və şagirdlərin təlim və tərbiyəsi, vətənpərvərlik ruhunda yetişmələri üçün xüsusi rol oynaya biləcəyini ifadə edib.

Daha sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə  Vətən müharibəsi şəhidi Məhəmməd Əliyev və Ülvi Nüsrətbəylinin ömür yolu haqqında şagirdlərə geniş məlumat verib.