Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

14.02.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "14 Fevral-Beynəlxalq kitab bağışlama günü" ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Astara şəhər C.Babayev adına tam orta məktəbin Xanım Qasımova və IV sinif şagirdləri iştirak ediblər.

Tədbiri kitabxananın əməkdaşı Aysel Əhmədova açaraq bildirib ki, 14 Fevral-Beynəlxalq kitab bağışlama günü təqvimin ən gənc bayramlarınandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin,bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynamışdır.Hər il minlərlə həm oxunmuş,həm də yeni kitablar dünyanın bütün istiqamətlərində uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq,hədiyyə etmək sevinci yaradır.

Tədbir şagirdlərin maraqlı çıxışları ilə davam edib. Yekunda iştirakçılara kitab hədiyyə olunub.