Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Baramaçılıq və ipəkçilik ənənələri dirçəldilir

14.02.2024

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkşafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Astara rayon Heydər Əliyev Mərkəzində Astara Dövlət Aqrar İnkşaf Mərkəzinin, Astara rayon Dövlət Rəsm Qaleriyasının və Astara rayon N.Kərimov adına Ərçivan qəsəbə 3 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə “Baramaçılıq və ipəkçilik ənənələri dirçəldilir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir “İpəkqurdu” haqqında qısa sənədli filmin nümayiş olunması ilə başlayıb.

Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki,  Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.

Sonra mövzu ətrafında Astara Dövlət Aqrar İnkşaf Mərkəzinin Heyvandarlıq üzrə sektor müdiri Hüseynağa Əliyev, Astara rayon Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva çıxış edib.

Tədbir şagirdlərin suallarının cavablandırılması ilə davam edib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara Dövlət Rəsm Qaleriyasının “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən təşkil olunmuş sərgiyə baxmış keçiriblər.