Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məhəmməd Füzuli-530

13.02.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli -530” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, Prezident İlham Əliyev yanvarın 25-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bununla əlaqədar olaraq digər idarə və müəssisələrdə olduğu kimi, Mərkəzi Kitabxanada da il ərzində yubileyə həsr olunan silsilə tədbir və layihələr həyata keçiriləcək.O, görkəmli şairin həyat və yaradıcılığı haqqında məlumat verərək, onun üç dildə - türk ,ərəb və fars dillərində mükəmməl əsərlər yazdığını diqqətə çatdırıb. 

Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova və İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəbin müəllimi Şölə Məmmədovanın çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, ana dilli bədii nəsrin əsasını qoyan görkəmli şair müxtəlif janrlarda çoxlu əsərlər yazıb- yaratmışdır. Vurğulanıb ki, şairin yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycanın, eləcədə də, Şərq və dünya poeziyasının nadir incilərindən sayılır. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusu orjinallığı ilə bu mövzuda əvəllər yazılmış poemalardan seçilir.Tədbirdə şairin digər əsərləri haqqında da ətraflı məlumat verilib.Tədbirin sonunda məktəbin 8-ci sinif şagirdi Leyla Ağayeva şairin “Məni candan usandırdı" qəzəlini səsləndirib.