Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Korrupsiyaya qarşı sistemli mübarizə” mövzusunda tədbir keçirilib

13.02.2024

Astara-Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ilə bağlı imazladığı müfafiq sərəncama əsasən “Korrupsiyaya qarşı sistemli mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara rayon Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq, korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqatif təsirləri haqqında məlumat verib.

Sonra muzeyin kiçik elmi işçisi Çiçək Axundova mövzu ilə bağlı geniş məruzə edib.

Yekunda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb.