Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda gənclər üçün təlim keçirilib

12.02.2024

“Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən təlimin əvvəlində Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, “Ziyalı” Tədris Mərkəzinin direktoru Könül Şahmarova gəncləri salamlayıb, təlimin gənclərin şəxsi inkişafında xüsusi yeri olduğunu vurğulayıblar.

Təlimçi Orxan Əliyevin təqdimatında keçirilən təlim zamanı “İnsan hüquqları üzrə təhsil”, “Gənclərin iştirakı ilə insan hüquqları”, Stereotiplər və önmühakimələr” kimi mövzulardan danışılıb, gənclər qrup işləri icra edərək, müzakirələr aparıblar.

Qeyd edək ki, təlim Masallı rayon Heydər Əliyev Mərkəzinin,Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin təşkilatçılığı və “Ziyalı” Tədris Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.