Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Narkomaniyaya yox deyək!” başlıqlı sərgi təşkil olunub

12.02.2024

Fevralın 12-də Cəliabad Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi  və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə açıq havada “Narkomaniyaya yox deyək!” başlıqlı "canlı sərgi" təşkil olunub.

Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları narkomaniyanın acı fəsadlarından danışaraq qeyd ediblər ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.

Sərgidə qalereyanın tərtibatçı rəssamı Ramilə Quliyevanın şagirdlərinin əl işlərindən ibarət rəsmlər və canlı naturalar nümayiş olunub.