Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı mübarizə müasir dövrün tələbidir

12.02.2024

Masallı rayon Mərkəzi Kitabxanasında insan alverinə qarşı mübarizə mövzusunda “İnsan alverinə qarşı mübarizə müasir dövrün tələbidir” adlı maarifləndirici tədbir keçirilib. Tədbir başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında məlumat verib. O, bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Respublikamızda həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb.