12.02.2024
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncə doğru" layihəsi çərçivəsində gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyun keçirilib.
Gənclərdən ibarət komandaların iştirak etdiyi yarışda "Vüqar" komandası birinci, "Bayraqdar" komandası ikinci, "Zəfər" komandası isə üçüncü yeri tutub.
Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin "Kubok" və "Diplom"ları təqdim olunub.