Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şair Əbülfət Mədətoğlu ilə görüş keçirilib 

09.02.2024

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin təşkilatçılığı ilə Lənkəran şəhər Mərkəzi Kitabxanasında “Əməkdar jurnalist”, "Qızıl Kəlmə" mükafatı laureatı, "Ədalət" qəzetinin baş redaktorunun birinci müavini, tanınmış şair Əbülfət Mədətoğlu ilə görüş keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, ziyalılar, ictimaiyyət nümayəndələri və bölgə yazarları iştirak edib.

Çıxışlarda şairin yaradıcılığından və həyatından söhbət açılıb.

Yekunda Əbülfət Mədətoğlu görüşə görə təşkilatçılara minnətdarlığını bildirərək bir neçə kitabını kitabxanaya hədiyyə edib.