Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qədim tariximizi tərənnüm edən adət və ənənələrimiz

09.02.2024

Masallı Tarix -Diyarşünaslıq Muzeyində “Qədim tariximizi tərənnüm edən adət və ənənələrimiz” mövzusunda tarix dərsi keçirilib.  

Novruzun əzəli obrazı qismində baharın ilk müjdəsini verən Xıdır Nəbi bayramına həsr edilən tarix dərsində R.Əlihəsənov adına şəhər 1 saylı və Ə. Vəliyev adına  Qarğalıq kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva  qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri olan  Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan bayramının çox qədim zamanlardan Azərbaycanın bütün bölgələrində keçirilməsindən danışıb.

Daha sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı məruzə edib.

Dərs zamanı şagirdlər muzeyin fondunda qorunan yerli adətlərə görə Xıdır Nəbi bayramında istifadə olunan qədim etnoqrafik eksponatlarlada tanış olublar və onları sualları muzey əməkdaşları tərəfindən cavablandırılıb.

Yekunda şagirdlərin muzeyə ekskursiyası təşkil olunub.