Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məhəmməd Füzuli və klassik Azərbaycan ədəbiyyatı

09.02.2024

Astara Tarix-Diyarşünaslıq Muzeyində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olunmasının 530 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, Prezident İlham Əliyev yanvarın 25-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. İl ərzində yubileyə həsr olunan silsilə tədbir və layihələr həyata keçiriləcək.

Sonra muzeyin kiçik elmi işçisi Çiçək Axundova mövzu ilə bağlı məruzə edib.